Kötük

  • Sədaqət Kərimova
  • 18.04.2023

 

Ləzgilərin xeyir-duaları arasında beləsi də var: “Səni görüm qocalasan!” Bəzi kəndlərdə “Səni görüm kötüyə dönəsən!” sözlərini də eşitmək olur. Mənası “Ömrün uzun olsun” deməkdir.

Son illərə kimi Qusarın kəndlərində belə bir adət var idi. Gəlin köçən qıza parçaya bükülmüş balaca kötük verərdilər. Bu, ən böyük alqış olub, mənası “Ocağında od sönməsin” demək idi. Ləzgi adətlərinə görə ocaqda bir dəfə qalanmış od heç vaxt sönməməlidir. Bunun üçün ocaqda aram-aram yanan kötük olmalıdır. Ocaq qalamaq lazım gələndə onu üfürmək kifayət edir. Odunlar od tutanda kötüyü bir kənara çəkirlər.

Kötüyün başqa mənaları da var. Bu, “evinin kötüyü olasan” deməkdir. Yəni getdiyin evdə yaşa dolub, qocalasan. Onun başqa mənası getdiyin evdə mülayim mühit yaradasan deməkdir.

Xalq arasında belə deyimlər də var: “Kötük kimi qocalarımın canı sağ olsun”. “Kötüksüz ev olmasın” (Qocasız ev olmasın). “Mənim kötük kimi atam-anam var” (Mənim yaxşı köküm və arxam var). “Kötük kimi səni var olasan” (Yaxşı dayaq və arxa olan səni var olasan).

Populyar məqalələr

Ləzgilər

  • Sədaqət Kərimova, Müzəffər Məlikməmmədov
  • 27.01.2023

Əlvida, Vadim!

  • Sədaqət Kərimova
  • 27.03.2023