Türkiyədə zəlzələ

  • Samur
  • 06.02.2023

Türkiyənin Kahramanmaraş şəhərində fevralın 6-da səhərə yaxın 7.4 bal gücündə zəlzələ baş verib. Zəlzələ Hatay, Qaziantep, Osmaniye, Adıyaman, Adana, Malatya, Şanlıurfa, Diyarbəkir və Kilis şəhərlərində də ölüm və dağıntılara səbəb olub. Hökumət dördüncü səviyyəli həyəcan siqnalı verib, bu, beynəlxalq yardım tələbini ehtiva edir. Zəlzələdə indiyədək 284 nəfərin həlak olduğu, 2 min 383 nəfərin yaralandığı, 1700-dən çox binanın dağıldığı göstərilir. Beynəlxalq Qızıl Xaç Komitəsinin Türkiyə xidmətinin rəhbəri Kerem Kınık bütün ölkəboyu vətəndaşları qan verməyə çağırıb.

Bu gün Türkiyə ilə yanaşı Suriyada da baş vermiş zəlzələdən ölənlərin sayı 200-ü keçib. Hazırda zəlzələ bölgəsində ölü sayının sürətlə artdığı bildirilir.

Türkiyə və Suriyada baş vermiş zəlzələ Livan, Fələstin və Kiprdə də hiss olunub.

Ölkənin şərq və cənub-şərq bölgələrində hiss olunan zəlzələnin episentrinin Kahramanmaraşın Pazarcık mahalı olduğu və zəlzələnin yerin 7 kilometr dərinliyində baş verdiyi bildirilib.

Kahramanmaraşdakı zəlzələdən dərhal sonra Qaziantep Nurdağında növbəti təkanın 6,4 bal gücündə baş verdiyini açıqlayıb.

Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycandan Fövqəladə Hallar Nazirliyinin 370 nəfərlik heyəti Türkiyəyə göndərilir. İlkin yardım məqsədilə çadırlar, yataq dəstləri, tibbi ləvazimatlar və digər zəruri vasitələr yola salınacaq. 

Zəlzələdə həyatlarını qeyb edənlərə Allahdan rəhmət diləyirik! Yaralılara Allah şəfa versin! Evsuz-eşiksiz qalanlara Allah və onun rəhmli bəndələri kömək olsun! Allah səbr versin! Başın sağ olsun, Türkiyə!

Son xəbərlər

БАКУ ХКЯНАВА

  • Самур
  • 27.12.2025

   Вич вириниз сейли хьанвай Баку 2026-йисан «Дуьньядин  спортдин меркез» яз малумарнава. ...

ЧIАЛАРИН КЪАЙГЪУДА ЖЕН

  • Тамилла Бекерова
  • 27.12.2025

   Играми редакция! Дагъустандин Дербент шегьерда лезгияр хьиз, чи стха халкь тир табасаранвиярни гзаф ава....

КЬЕГЬАЛРИН ГЕЛЕР

  • Гуьлхар Гуьлиева
  • 27.12.2025

   Чи чкайрин тIварар икьван гагьди хъсандиз чириз хьанвач. И карни себеб авачиз туш. Сад лагьайди, чкайрин...