"Səssiz haray"ı milyonlar izlədi

  • Samur
  • 24.04.2024

   Bu ilin aprelin 10-da, Azərbaycanda Ramazan bayramının qeyd edildiyi gündə respublikamızın İctimai Televiziya kanalı Sədaqət Kərimovanın “Səssiz haray” bədii filmini nümayiş etdirmişdir. Filmin bayram günü mavi ekrana çıxarılması təsadüfi deyildir. Leytmotivi insanları xeyirxahlığa, rəhmdil və mərhəmətli olmağa, haqqı nahaqdan ayırmağa, ədaləti uca tutmağa, valideynləri və övladları sevməyə səsləməkdən ibarət olan “Səssiz haray”ın ideyası Ramazan ayı və müqəddəs Qurani-Kərimin haqqa yönəldən yolu ilə həmahənglik yaratdığına görə milyonlarla tamaşaçının qəlbində dərin iz buraxmışdır.

   S.Kərimovanın bütün dünyada əks-səda doğuran, ləzgi, Azərbaycan və rus dillərində milyonlarla insanların izlədiyi “Soyuq günəş” bədii filmi kimi, “Səssiz haray”da böyük maraqla qarşılanmışdır. Redaksiyamızın aldığı məlumata görə film təkcə Azərbaycanda deyil, Türkiyədə, Gürcüstanda, Dağıstanda, Rusiyanın bəzi vilayətlərində də izlənmişdir. Film mavi ekrana çıxandan sonra yüzlərlə oxucu məktub və telefon vasitəsilə, eyni zamanda İnternetdə “Səssiz haray”la bağlı fikirlərini bildirmişdir. Aşağıda həmin fikir və rəylərdən bir neçəsini dərc edirik.

Эхиримжи хабарар

ДИДЕД ЧIАЛАЗ ИКРАМНА

  • САМУР
  • 11.10.2025

   Йиса садра дуьньядин лезгийри хайи чlалаз чпин кlанивал къалурда. Чара-чара уьлквейра уьмуьр гьалзавай ч...

ША САНАЛ КХЬИН!

  • САМУР
  • 09.10.2025

Алай йисан 10-11-октябрдиз дуьньядин лезгийри хайи чlалаз чпин кlанивал къалурун паталди санал кlватl хьана диктант к...

РикIел хуьх

  • Самур
  • 27.09.2025

Гьарфар гьикI кхьида?    Лезги чIала гафар дегиш хьайила, са кьадар дуьшуьшра абурун дибра авай ачух сес...