Mayın 28-də Quba şəhərindəki Asan Xidmətin Kinoklubunda “Səssiz haray” bədii filmi nümayiş etdirildi. Onu izləmək üçün Qusar, Quba və Xaçmaz rayonlarından gələn tamaşaçılar baxışdan aldıqları xoş təəssüratlarını filmin müəllifi S.Kərimova ilə bölüşdülər. O da öz növbəsində bu təşəbbüsü irəli sürmüş OKİ klinikasının kollektivinə və bütün tamaşaçılara dərin minnətdarlığını bildirdi.