Sehrli simlər çağırır

  • Sədaqət Kərimova
  • 14.06.2023

Bu konserti çoxdan gözləyirdik. Klassik gitarada akademik ifa eşitmək həzzini heç nəyə dəyişmək olmaz. Nəhayət, konsert baş tutur. “Sehrli simlər” ansamblı iyunun 16-da saat 19:00-da Kirxada çıxış edəcək. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, respublika və beynəlxalq müsabiqələr laureatları Zaur Məmmədov, Raul Hüseynov və Tunar Vəlizadə öz heyrətamiz ifaları ilə musiqi sevdalılarına unudulmaz anlar yaşadacaqlar. Onu da qeyd edək ki, ifaçılardan biri – Zaur Məmmədov əslən Qusardandır. Onun əfsanəvi çalğısı haqqında çox eşitmişik.

Biletləri onlayn da əldə etmək olar.

Bilətləri əldə etmək üçün linkə keçid edin

Son xəbərlər

ДИДЕД ЧIАЛАЗ ИКРАМНА

  • САМУР
  • 11.10.2025

   Йиса садра дуьньядин лезгийри хайи чlалаз чпин кlанивал къалурда. Чара-чара уьлквейра уьмуьр гьалзавай ч...

GƏLİN BİR YERDƏ YAZAQ!

  • SAMUR
  • 09.10.2025

Bu ilin 10-11- oktyabrında dünya ləzgiləri ana dilə məhəbbətlərini göstərmək üçün bir yerd...

РикIел хуьх

  • Самур
  • 27.09.2025

Гьарфар гьикI кхьида?    Лезги чIала гафар дегиш хьайила, са кьадар дуьшуьшра абурун дибра авай ачух сес...