Etnomusiqi layihəsi

  • Samur
  • 27.01.2023

Azərbaycan Milli Konservatoriyasının məzunu olan iki ləzgi qızı bu gün “Samur” qəzeti redaksiyasının qonağı oldu. Qusarda böyümüş Anelya Nizami qızı Asaliyeva və Ağsuda boya-başa çatmış Diana Bəxtiyar qızı Yadigarova – gənclik eşqi və gözəl arzularla coşub-daşan bu istedadlı gənclərlə maraqlı bir layihə həyata keçirmək barədə razılığa gəldik. Layihə qədim ləzgi xalq melodiyaları ilə bağlıdır. Azərbaycan Milli EA magistrasurasında təhsilini davam etdirən, İstanbul liseyinin fortepiano müəllimi Anelya etnomusiqişünas kimi sözünü deməyə hazırlaşır. “Evrika” liseyinin musiqi müəllimi, geniş səs diapazonu olan Diana isə xanəndə və vokalçı kimi maraqlı axtarışlar edir. Bu mehriban, eyni zamanda geniş dünyagörüşlü qızlarla söhbətdən çox zövq aldıq və onların gələcək nailiyyətlərinə ürəyimizdə inam baş qaldırdı. Layihəyə qədim ləzgi melodiyaları ilə yaxından məşğul olmaq istəyən musiqi təhsilli gəncləri cəlb etmək üçün planlar qurduq.

Son xəbərlər

БАКУ ХКЯНАВА

  • Самур
  • 27.12.2025

   Вич вириниз сейли хьанвай Баку 2026-йисан «Дуьньядин  спортдин меркез» яз малумарнава. ...

ЧIАЛАРИН КЪАЙГЪУДА ЖЕН

  • Тамилла Бекерова
  • 27.12.2025

   Играми редакция! Дагъустандин Дербент шегьерда лезгияр хьиз, чи стха халкь тир табасаранвиярни гзаф ава....

КЬЕГЬАЛРИН ГЕЛЕР

  • Гуьлхар Гуьлиева
  • 27.12.2025

   Чи чкайрин тIварар икьван гагьди хъсандиз чириз хьанвач. И карни себеб авачиз туш. Сад лагьайди, чкайрин...