Qusarda Novruz iməciliyi

  • Samur
  • 17.03.2023

Novruz bayramı münasibətilə Qusar şəhərində ağacəkmə aksiyası keçirilmişdir. Rayonun idarə və təşkilatlarının əməkdaşlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdiyi aksiyada ümumilikdə 3500 ədəddən çox eldar şamı və digər növ həmişəyaşıl ağaclar əkilmişdir.

Yaşıllaşdırma işləri eyni zamanda Qusar-Ləzə və Qusar-Xudat yollarının kənarında da görülmüşdür.

Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmişdir. İməcilik həmçinin park və xiyabanlarda da təşkil olunmuşdur.

Qeyd olunmuşdur ki, ağacəkmə aksiyasının əsas məqsədi ölkəmizdə ekologiyanın qorunması, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etməkdir.

Son xəbərlər

ДИДЕД ЧIАЛАЗ ИКРАМНА

  • САМУР
  • 11.10.2025

   Йиса садра дуьньядин лезгийри хайи чlалаз чпин кlанивал къалурда. Чара-чара уьлквейра уьмуьр гьалзавай ч...

GƏLİN BİR YERDƏ YAZAQ!

  • SAMUR
  • 09.10.2025

Bu ilin 10-11- oktyabrında dünya ləzgiləri ana dilə məhəbbətlərini göstərmək üçün bir yerd...

РикIел хуьх

  • Самур
  • 27.09.2025

Гьарфар гьикI кхьида?    Лезги чIала гафар дегиш хьайила, са кьадар дуьшуьшра абурун дибра авай ачух сес...