Yeni şeirlər toplusu

  • Samur
  • 17.01.2023

Bu günlərdə Bakının “Red N Line” MMC nəşriyyatı tanınmış şair-jurnalist Müzəffər Məlikməmmədovun son illərdə Azərbaycan dilində qələmə aldığı şeir və poemalardan ibarət “Qəlbimin söz ağrısı” adlı kitabını çapdan buraxmışdır. Müəllifin sayca 28-ci kitabına fəlsəfi fikirlərə söykənən, vətənin, xalqın, dünyanın dərdlərini kövrək duyğularla ifadə edən, mövzu rəngarəngliyi ilə seçilən, dərin bədii təfəkkürün məhsulu olan şeirlər və Qarabağ müharibəsinə həsr etdiyi poemalar daxil edilmişdir.

Kitabda şair beş məsələyə daha çox önəm verib: dünyanın durumu, təbiət və insanlar, ləzgi ləyaqəti və ləzgi adının qorunması, insanlığa çağırış, Qarabağ mövzusu. Bütün varlığı ilə doğma xalqına bağlı olan şair öz kökünü, əslini danan bəzi yurddaşlarına qədim və qəhrəman bir xalqın nümayəndələri olduğunu xatırladır, mərdliyi və düzlüyü ilə seçilən ləzgiləri öz adını qorumağa səsləyir. Şairin “Deyərdilər ləzgidir”, “Hər dərdim bir misra”, “İgidlik andını içər kişilər”, “Deyirlər”, “Bitirəni var” kimi şeirləri hələ 2016-cı ildə “Samur” qəzetində dərc olunanda oxucuların sevimli şeirlərinə çevrilmişdi. Çünki M.Məlikməmmədovun şeir və poemalarının dili sadə, təsirli, mənalı və ifadəlidir, poetik ifadələri orijinallığı ilə seçilir.

Kitabın redaktoru və ön sözün müəllifi tanınmış şair-jurnalist Sədaqət Kərimovadır.

Son xəbərlər

ДИДЕД ЧIАЛАЗ ИКРАМНА

  • САМУР
  • 11.10.2025

   Йиса садра дуьньядин лезгийри хайи чlалаз чпин кlанивал къалурда. Чара-чара уьлквейра уьмуьр гьалзавай ч...

GƏLİN BİR YERDƏ YAZAQ!

  • SAMUR
  • 09.10.2025

Bu ilin 10-11- oktyabrında dünya ləzgiləri ana dilə məhəbbətlərini göstərmək üçün bir yerd...

РикIел хуьх

  • Самур
  • 27.09.2025

Гьарфар гьикI кхьида?    Лезги чIала гафар дегиш хьайила, са кьадар дуьшуьшра абурун дибра авай ачух сес...