Rəşid bəy İsmayılov ləzgilər haqqında

  • Samur
  • 10.02.2023

Rusiya Qafqaza ayaq qoyar-qoymaz ləzgilər çar hökumətinə qarşı şuriş və üsyanda bulundular... Müstəmləkat siyasətinin icrası üçün hökumət ləzgilərin torpaqlarını zəbt edib, mühacirlərə verirdi. Təqribən 60 sənə çar hökumətilə ləzgilərin mübarizə və müharibəsi davam etdi.

***

Ləzgilərin hücumlarını saxlamaq üçün Mollakənd və Orta Boğam nəhrlərinin kənarlarında Pyotr iki qala tikdirmişdir.

***

Ləzgilərin daimi hücum və təcavüzünü dəf üçün Baryatinsk Dağıstanda çox qalalar və qaravulxanalar bina etmişdir.

***

İran dövlətinə qarşı açıq-açıqdan qiyam edərək Mehdi xanı (Nadir şahın Şirvana təyin etdiyi əmirül-üməra) ləzgilər öldürüb, onun bir tövc sərbazını dəxi darmadağın etmişdilər.

Ləzgilərin üsyanından Nadir şah Hindistan səfərində olarkən, məlumat alıb, Gürcüstan hakimi Əmir Aslan xana ləzgiləri səxt tənbeh etməyi və iki alay sərbaz dəxi Qafqaza göndərməyə hökm etmişdi.

Rəşid bəy İsmayılovun “Azərbaycan tarixi” (1923) kitabından

Populyar məqalələr

Ləzgilər

  • Sədaqət Kərimova, Müzəffər Məlikməmmədov
  • 27.01.2023

ЯРАН СУВАР – BAHAR BAYRAMI

  • Sədaqət Kərimova
  • 14.03.2023