Dərbəndlə bağlı bir fakt

  • Тамилла Бакарова
  • 01.08.2023

Dərbənd xəlifə Harun ər-Rəşidin hakimiyyəti dövründə daha yüksək azad şəhər statusu daşımış və çox inkişaf etmişdi. “Dərbəndnamə”də yazıldığına görə Harun ər-Rəşid bu şəhərdə olmuş, onun tərəqqisi üçün çox iş görmüşdü. Bu tarixi mənbədə göstərilir ki, Harun ər-Rəşid Dərbənddə olanda “əmr etdi ki, Rubas çayından bir neçə kanal çəkilsin, nəticədə su şəhərin ətrafına gəldi. O, dəyirmanlar tikdirdi, əmr etdi ki, çoxlu bağ və bostanlar salınsın. Kanalların təmirindən ötrü vəsait bağların və əkinlərin gəlirindən ayrılsın. O dedi ki, Dərbənd əhalisi dəyirmanlardan istifadəyə görə vergi verməsin. Təmir üçün xərclər bağların və əkinlərin gəlirindən ayrılsın. Hər məhəllədə anbarlar və məscidlər tikdirdi. Dərbənd abadlaşdı. Harun ər-Rəşid Dərbəndə gələndə şəhərin sakinlərini yığıb nəsihət verdi və geri qayıtdı”. Bu barədə Dağıstan alimləri A.R.Şixsaidovun, T.M.Aytberovun və Q.M.-R.Orazayevin 1993-cü ildə Moskvada rus dilində çap etdirdikləri “Dağıstanın tarixi əsərləri” kitabında ətraflı məlumat verilib.

Yenə həmin tarixçilərin yaz-dıqlarına görə Harun ər-Rəşid 803-cü ildə Hafiz ibn Öməri Dərbənd hakimi təyin edərək ona belə nəsihət verdi: “Allahdan qorx və ədalətli ol... Məsləhətləşməmiş heç bir iş görmə. Divanxana, süvari qoşuna rəhbərlik etmək, həmçinin idarəetmə sənin ixtiyarındadır... Əgər sən xəyanət etsən və yaxud kafirlərə meyl göstərsən, müqəddəs müharibəyə laqeyd münasibət bəsləsən, qəddar hökmdar olsan Dərbənd əhalisinə icazə vermişəm ki, səni devirsin”.

Tarixi mənbələr və ərəb tarixçiləri Harun ər-Rəşidin Dərbənddə olması faktını təsdiqləmir. Lakin həqiqət odur ki, onun hakimiyyəti dövründə şəhər olduqca tərəqqi edir və Şərqin ən zəngin və ucuz yaşayış məskənlərindən birinə çevrilir. Şəhər ətrafında tapılmış yeni kitabə də Harun ər-Rəşidin Dərbəndə xüsusi qayğısını təsdiq edir. Həmin kitabə haqqında məşhur ləzgi alimi, tarix elmləri doktoru, professor Amri Şixsaidov özünün 2008-ci ildə Mahaçqalada rus dilində çap etdirdiyi “Orta əsrlər Dağıstanının tarixinə, məxəzşünaslığına, arxe-oqrafiyasına dair oçerklər” kitabında məlumat vermişdir. Kitabədə göstərildiyi kimi, Harun ər-Rəşidin Dərbəndə hakim təyin etdiyi Huzaym ibn Hazim ət-Təmimi 789-790-cı illərdə Dərbəndin dağılmış divarlarını yenidən bərpa etmiş, buraya su xətti çəkdirmiş, müxtəlif yerlərdə körpülər tikdirmiş, şəhəri abadlaşdırmış, onu bəzəmişdir. Beləliklə, yeni kitabənin tapılması iləbir həqiqət – xəlifə Harun-ər-Rəşidin dövründə Dərbəndin son dərəcə inkişaf etməsi faktı rəsmi təsdiqini tapmışdır.

Популярные статьи

Лезгины

  • Седагет Керимова, Музаффар Меликмамедов
  • 27.01.2023

ЯРАН СУВАР – ПРАЗДНИК ВЕСНЫ

  • Седагет Керимова
  • 14.03.2023