Həyatlar qurtulacaq

  • Samur
  • 02.08.2023

Şimal bölgəsi üçün xoş müjdə.

 

Angioqrafiya pasiyentlərin dadına çatacaq.

 

Dünyanın məşhur kardiloqları Qusarda cərrahi əməliyyatlar aparacaqlar.

 

Açıq ürək əməliyyatları OKİ Hospitalda həyata keçiriləcək.

 

Azərbaycanda Bakı, Gəncə və Sumqayıt şəhərlərindən sonra ilk dəfə şimal bölgəsində, Qusar şəhərindəki OKİ Hospitalda ürək problemləri olan xəstələri vaxtında və səmərəli müayinə edib həyata qaytarmaq mümkün olacaq. Pasiyentlərin həyatlarını xilas etmək üçün burada peşəkar həkimlər sözün əsl mənasında çarpışacaqlar. Olduqca qürurverici xəbərdir. Artıq ağır ürək xəstələrini uzun yol ölçüb Bakıya aparmadan, vaxt itkisinə yol vermədən təcili xilas etmək mümkün olacaq. İnsanların sağlamlığı naminə elmi təbabətin ən son metodları tətbiq edilməklə həyata keçirilən diaqnostik müayinə və açıq ürək əməliyyatları neçə-neçə xəstəni həyata qaytaracaq, onların doğmalarına sevinc bəxş edəcək. Sevindirici haldır ki, OKİ Hospital əhaliyə Avropa standartları səviyyəsində tibbi xidmətlər təklif edir. Onlardan biri radiologiyanın mühüm sahəsi olan angioqrafiyadır.

Angioqrafiya damar xəstəliklərinin diaqnostikası üçün müasir kontrastlı rentgen üsuludur. Damarların angioqrafiyası damar patologiyalarının diaqnostikası üçün bütün mövcud üsullar arasında ən etibarlı və dəqiqi olub təcrübəli həkimlər tərəfindən aparılır.

Əgər angioqrafiya zamanı damarlarda əhəmiyyətli daralmalar aşkar edilərsə, kardioloqlar balon angioplastikası və ya stentləmə apara bilərlər.

Artıq OKİ Hospitalda açıq ürək əməliyyatları aparılmağa başlanıb. Burada Azərbaycanın tanınmış ürək cərrahları ilə birgə unikal əməliyyatlar keçirilir.  Kardiocərrah Ramil Əliyevin icra etdiyi ilk iki əməliyyat uğurla nəticələnib.

Qeyd edək ki, bu xidmətlər icbari tibbi sığortanın xidmətlərı zərfinə daxildir.

Bəli, bütün bunlar Qusarda – OKİ Hospitalda mümkündür. Bu, bütövlükdə şimal bölgəsi üçün ürəkaçan xəbərdır. Bu çətin və məsuliyyətli sahədə kollektivə uğurlar diləyir, onları ürəkdən təbrik  edirik.

Populyar məqalələr

Ləzgilər

  • Sədaqət Kərimova, Müzəffər Məlikməmmədov
  • 27.01.2023

Əlvida, Vadim!

  • Sədaqət Kərimova
  • 27.03.2023