Ağsaqqal məzunlar

  • Седагет Керимова
  • 13.06.2023

Sudurda ilk məktəb binası 1884-cü ildə inşa olunub. Lakin bu qədim kənddə maarifçilik ənənələrinin kökləri qədimlərə gedir. Hələ XVI əsrdə sudurlu Şixim əfəndi doğma kəndində və Küre mahalının bir neçə kəndində mədrəsələr açaraq dərs demişdir. Türkiyənin İstanbul şəhərində təhsil almış Şixim əfəndi riyaziyyat elmlərinin dərin bilicisi idi. Türkiyənin dövlət başçısı III Sultan Murad ona öz sarayında böyük vəzifə təklif edəndə o, bundan imtina etmiş, vətəninə qayıdaraq burada fəaliyyət göstərmişdir.
Qədim Sudur XII əsr şairi Dalahın, XVIII əsrdə Osmanlı imperiyasında qulluq etmiş, Hələb, Şam və Məkkə şəhərlərində qazı işləmiş, dinə dair bir sıra əsərlər yazmış İbrahim əfəndinin, 1837-ci ilin Quba üsyanı zamanı rus çarının qoşunlarına qarşı qəhrəmanlıqla vuruşmuş Məhəmməd əfəndinin və başqa qəhrəmanların, Dağıstanın xalq şairi Bayram Səlimovun, Azərbaycanın tanınmış sairi Kələntər Kələntərlinin vətənidir.
Şəkildə gördüyünüz ağsaqqallar isə sovet dövründə Qusarın adlı-sanlı məktəblərindən sayılan, yetişdirdiyi kadrları ilə respublikamızın bütün bölgələrində hörmət-izzət qazanan Sudur kənd orta məktəbini 51 il əvvəl bitiriblər. Doğma məktəblərini, əziz müəllimlərini xoş xatirələrlə anan bu insanlar Qusarın “Xutorok” istirahət mərkəzində öz növbəti yubileylərini qeyd edirdilər. Həsədlə, bəzən göz yaşı ilə ötən illəri xatırlayan sudurlular indi adlı-sanlı ziyalı ömrü yaşadıqlarına görə ilk növbədə həmin məktəbə minnətdar olduqlarını dilə gətirirdilər.
Onların bu səmimi görüşünə etinasız qalmaq mümkün deyildi. Ona görə də bu şəkili çəkdik.
Şəkildə (soldan sağa): Şövkət Atluxanov, Məhəmməd Adilov, Cəlil İbrahimov, Seyfulla Abdulrzayev, Ramiddin Şadmiyev, Zahiddin Əlixanov, Aydınbəy Koruğluyev, Bağı Nağıyev.
 

Популярные статьи

Лезгины

  • Седагет Керимова, Музаффар Меликмамедов
  • 27.01.2023

Прощай, Вадим!

  • Седагет Керимова
  • 27.03.2023