Suvacalda bir rəssam var

  • Sədaqət Kərimova
  • 24.07.2024

  Qusar rayonunun Suvacal kəndində şair təbiətli bir meşəbəyi yaşayır. Onun ağac üzərində yaratdıqlarının hər biri bir mükəmməl əsərdir, tamaşasından doymaq olmur, deyə tanınmış qusarlı aktyor Cavid Tahirov rəssam haqqında mənə ürəkdolusu danışdı. Həmin adamın sorağı ilə kəndə yola düşdük.

  Sakin Mirzəbala oğlu Şixmətovun evi kəndin qurtaracağında, yamyaşıl təpənin üstündədir. Bu çiçəklərə qərq olmuş ev qeyri-adi səliqəsi ilə dərhal diqqəti cəlb edir. Həyətə girməyinlə sanki muzeyə düşürsən. Müxtəlif ağacların kötüklərinə, budaqlarına, köklərinə öz yaradıcı təxəyyülünün köməyi ilə yeni həyat vermiş Sakinin, bu sakit təbiətli mehriban insanın incə zövqünə heyran olmaya bilmirsən.

  Sakin cavanlığında kənd klubunda mədəni işlər üzrə təşkilatçı işləyəndə musiqi ilə məşğul olub, qarmonda çalıb. Son 15 ildə Xuray-Ləgər-Şahdağ meşə massivində meşəçi işləyib. Bütün varlığı ilə təbiətə vurğun olan bu adamın meşəyə olan məhəbbəti onun əl işlərindən aydın görünür. 100- dən çox əsərin müəllifi olan Sakinin bir sıra əsərləri onun doğmalarının, dostlarının evlərini bəzəyir.

  Bu evin tikintisindən tutmuş qapı-pəncərələrinə kimi hər şey Sakinin əllərinin zəhmətinin nəticəsidir. Həyat yoldaşı sarıdan bəxti gətirib. Hər yanda İradənin əllərinin səliqəsini, yaşıllıq yaratmaq həvəsini gördük. Gəlini Leylanın da gözəllik aşiqi olması, becərdiyi otaq çiçəkləri ilə evə qəribə bir ab-hava gətirməsi də ürək açır.

  3 oğul, 1 qız atası olan Sakinin rəssamlıq istedadı onun oğlu Ağamədə də keçib. Onun boş vaxtlarında ilhamla, həvəslə bu işlə məşğul olduğunu görəndə Sakin qürur hissi keçirir.

Популярные статьи

Лезгины

  • Седагет Керимова, Музаффар Меликмамедов
  • 27.01.2023

ЯРАН СУВАР – ПРАЗДНИК ВЕСНЫ

  • Седагет Керимова
  • 14.03.2023