«Nakam arzular» təqdim olundu

  • Samur
  • 29.01.2024

Ötən ilin dekabrın 25-də Qusar şəhərindəki Heydər Əliyev mərkəzində yerli müəllif Nurlan Ağabəyovun şəxsi vəsaiti ilə ərsəyə gətirdiyi “Nakam arzular” bədii filminin təqdimatı keçirilmişdir. Rayon ziyalılarının və gənclərin iştirakı ilə keçən tədbir maraqla qarşılanmışdır.

Qarabağ müharibəsinin iştirakçısı, filmin ssenari müəllifi və prodüseri olan N.Ağabəyovun tədbirə qusarlı qaziləri, şəhid ailələrinin nümayəndələrini dəvət etməsi ictimaiyyət tərəfindən razılıqla qarşılanmışdır. Yeni nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına xidmət edən 1 saat 20 dəqiqəlik bu film gəncləri narkomaniyaya, spirtli içkilərə aludəçiliyə, ümumiyyətlə zərərli vərdişlərə yox deməyə səsləyir. Quruluşçu rejissor baş rolun ifaçısı, xaçmazlı aktrisa Könül Məmmədovadır. Filmin çəkilişlərinə Qusar, Quba və Xaçmaz rayonlarından həvəskar aktyorlar cəlb olunmuşdur. Çəkilişlər Qusar rayonunda aparılmışdır. Filmə tamaşa edən qusarlılar müəllifə öz razılıqlarını bildirmişlər.

Qeyd edək ki, filmin ssenari müəllifi Nurlan Ağabəyov “Nakam arzular” bədii filminə görə “Simurq” mükafatına layiq görülmüşdür. Mükafat ona Bakıda təqdim olunmuşdur.

Populyar məqalələr

Ləzgilər

  • Sədaqət Kərimova, Müzəffər Məlikməmmədov
  • 27.01.2023

Əlvida, Vadim!

  • Sədaqət Kərimova
  • 27.03.2023

ЯРАН СУВАР – BAHAR BAYRAMI

  • Sədaqət Kərimova
  • 14.03.2023