Vida sözü

  • Sədaqət Kərimova
  • 29.01.2024

Gülnisə Ağakişiyeva haqqında çox eşitmişdim. Ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr edən, 45 il fasiləsiz doğma kəndi Digahdakı orta məktəbdə rus dili və ədəbiyyatı fənnindən dərs deyən bu savadlı müəllimin həmkarları və şagirdləri arasındakı nüfuzundan mənə ürək dolusu danışmışdılar.

Ötən il Qusarda Qubanın bu ziyalısından söz düşəndə ailəvi dostumuz Teyfur Heybətov məni onunla tanış etmək istədiyini bildirdi. “Siz Gülnisə müəlliməni yaxından tanımalısınız”, - dedi. Bir neçə gündən sonra Teyfur böyük bacı kimi dərin hörmətini saxladığı bu qadınla məni Qusarda görüşdürdü.

Hələ də həmin görüşü xatırlayıram. Yanvarın qarlı şaxtalı günlərindən biri idi. Qarı yarayara yeriyir, Gülnisə müəllimənin dadlı-duzlu söhbətlərinə qulaq asırdım. Ləzgi, Azərbaycan və rus dillərinidə səlis danışan bu qadının bir-birindən maraqlı söhbətlərinə başımız elə qarışmışdı ki, vaxtın necə keçməsindən xəbərimiz olmamışdı. Məni ən çox heyran edən onun geniş mütaliəyə malik olması idi. Etiraf edim ki, mən bu zəngin dünyagörüşlü, nurlu insandan gözəl təəssüratlarla ayrılmışdım. Hərdən zəngləşib bir-birimizdən hal-əhval tuturduq.

Bu yaxınlarda Gülnisə müəllimənin ölüm xəbərini eşidəndə çox sarsıldım. Amma düşündüm ki, belə elcanlı, təəssübkeş, savadlı və nüfuzlu insanlar həyatdan köçsələr də, xoş xatirələri ürəklərdə yaşayır. Allah rəhmət eləsin!

Популяр макъалаяр

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023

Ви руьгь шад хьурай, Вадим!

  • Седакъет Керимова
  • 27.03.2023