Doğma kəndə ithaf

  • 31.10.2024

Bakının “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla çapdan çıxmış “Yargun – Həzrə” kitabını tanınmış yazıçı-jurnalist Sədaqət Kərimova respublikamızın əsrarəngiz guşələrindən  biri olan doğma kəndinə həsr edib. Onu ithaf da adlandırmaq olar. Çünki kitab müəllifin öz ana yurduna olan böyük sevgisinin nəticəsidir.
Nəinki Qusar rayonunun, o cümlədən Qafqazın qədim və iri yaşayış yerlərindən biri  olan Həzrənin tarixini, onun maddi və mənəvi mədəniyyətini, yaddaşlarda iz qoymuş tanınmış insanlarının həyatını qələmə alanda S.Kərimova mötəbər məxəzlərdən, arxiv sənədlərindən istifadə edərək doğma yurdu ilə bağlı maraqlı faktları üzə çıxarmağa çalışıb.
Kitabın redaktoru tanınmış şair-jurnalist Müzəffər Məlikməmmədov, korrektoru gənc yazıçı Sevda Əzizova, tərtibşisi bacarıqlı dizayner Ruslan Orucovdur.
Qeyd edək ki, “Samur” qəzetinə rəhbərlik etdiyi 27 il ərzində “Ləzgi kəndləri” rubrikası ilə silsilə məqalələr yazıb dfərc etdirmiş, eləcə də Yargunla bağlı xeyli araşdırmalar aparmış, müntəzəm olaraq oxuculara onlarca məqalə çatdırmış müəllifın arzusu “Yargun Həzrə” adlı ayrıca kitab nəşr etdirmək olub. Düşünüb ki, belə kitabların yazılması vacibdir. Doğulduğu yerin tarixini dərindən öyrənmək və onu başqalarına da tanıtdırmaq hər bir qələm sahibinin mənəvi borcudur.
Bu kitaba uzun illər həsr etmiş, kitabxana və arxivlərdə günlərimi keçirmiş müəllifin sevincinə bu gün məsuliyyət və həyəcan da qarışıb. Görəsən kitabınecə qarşılanacaq? Oxucular onu layiqincə dəyərləndirəcəklərmi? Çəkdiyi zəhmət, keçirdiyi yuxusuz gecələr əbəs olmayıb ki?
Şübhəziz, bu sualların cavabını kitabla tanış olan oxucular verəcəklər. Kitabı “Samur” qəzeti redaksiyasından və Bakının kitab mağazalarından əldə etmək olar.
Yeni məşrin təqdimat mərasimi bu ilin noyabrın sonlarında Bakıda keçiriləcək.
Tədbirdə iştirak etmək istəyənlər əvvəlcədən  055 530 10 05 mobil nömrəsinə zəng çala bilərlər. Tədbirin dəqiq yeri və vaxtı barədə oxuculara ətraflı məlumat veriləcək.

Populyar məqalələr

Ləzgilər

  • Sədaqət Kərimova, Müzəffər Məlikməmmədov
  • 27.01.2023

ЯРАН СУВАР – BAHAR BAYRAMI

  • Sədaqət Kərimova
  • 14.03.2023