13 milyon izləyici

  • Samur
  • 02.03.2023

2020-ci ildə YouTube kanalında yerləşdirilən “Soyuq günəş” bədii filminə baxanlar onu haqlı olaraq Azərbaycanda son illərində çəkilən ən baxımlı ekran əsərlərindən biri hesab edirlər. Bunun ən yaxşı sübutu izləmə sayıdır. İlk dəfə olaraq eyni vaxtda 3 dildə tamaşaçılara təqdim olunan bu filmə indiyədək Azərbaycan dilində 7 milyon, rus dilində 4 milyon, ləzgi dilində 2 milyon, cəmi 13 milyon izləyici baxmışdır. Ləzgi xalqının həyat tərzi, adət-ənənələri, mənəvi aləmi haqqında çəkilmiş bu filmin ssenari müəllifi və prodüseri tanınmış qələm sahibi Sədaqət Kərimova, quruluşçu rejissoru Elşən Zeynallıdır. Filmdə Azərbaycanın tanınmış aktyorları və bu sahədə ilk addımlarını atan istedadlı gənclər çəkilmişlər. Baş rolların ifaçıları İranə Kərimova və Mirsənan Kazımlıdır. Filmin bəstəkarı Sədaqət Kərimovadır.

Analitik göstəricilər filmin şöhrətinin Azərbaycanın hüdudlarından uzaqlara da yayıldığını göstərir. İndi onu dünyanın demək olar ki, bütün ölkələrində izləyirlər. Bunu nəzərə alaraq, filmin ləzgi variantı ingilis dilində subtitrlərlə YouTube-a qoyulmuşdur.

Son xəbərlər

БАКУ ХКЯНАВА

  • Самур
  • 27.12.2025

   Вич вириниз сейли хьанвай Баку 2026-йисан «Дуьньядин  спортдин меркез» яз малумарнава. ...

ЧIАЛАРИН КЪАЙГЪУДА ЖЕН

  • Тамилла Бекерова
  • 27.12.2025

   Играми редакция! Дагъустандин Дербент шегьерда лезгияр хьиз, чи стха халкь тир табасаранвиярни гзаф ава....

КЬЕГЬАЛРИН ГЕЛЕР

  • Гуьлхар Гуьлиева
  • 27.12.2025

   Чи чкайрин тIварар икьван гагьди хъсандиз чириз хьанвач. И карни себеб авачиз туш. Сад лагьайди, чкайрин...