İlk mərhələnin qalibləri

  • Sudya Mançarov
  • 23.01.2023

Bu ilin yanvar ayının 9-da ARB Günəş kanalında keçirilmiş məktəblilərin bilik yarışması tamaşaçıların marağına səbəb olmuşdur. Quba-Xaçmaz Regional İdarəsinin tabeçiliyində olan ümumtəhsil məktəbləri arasında "Təhsil millətin gələcəyidir" mövzusunda təşkil olunan həmin yarışma ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuşdu.  Qusar rayonunun Zindanmuruq kənd tam orta məktəbinin IX  sinif şagirdlərindən ibarət "Zindanmuruq" komandası Xaçmaz royonu 1 saylı tam orta məktəbinin IX sinif şagirdlərindən ibarət "Vətən" komandasına qalıb gələrək növbəti mərhələyə keçmişdir. Televiziya yarışmasında Zindanmuruq kənd tam orta məktəbinin şagirdləri Ağaxanov Ramal, Qubaliyev Sənan, Mançarov Telman, Vəkilov Elşən müxtəlif elm sahələri üzrə öz biliklərini nümayiş etdirmişlər. Onlar böyük sevinclə növbəti mərhələyə hazırlaşırlar.

Son xəbərlər

БАКУ ХКЯНАВА

  • Самур
  • 27.12.2025

   Вич вириниз сейли хьанвай Баку 2026-йисан «Дуьньядин  спортдин меркез» яз малумарнава. ...

ЧIАЛАРИН КЪАЙГЪУДА ЖЕН

  • Тамилла Бекерова
  • 27.12.2025

   Играми редакция! Дагъустандин Дербент шегьерда лезгияр хьиз, чи стха халкь тир табасаранвиярни гзаф ава....

КЬЕГЬАЛРИН ГЕЛЕР

  • Гуьлхар Гуьлиева
  • 27.12.2025

   Чи чкайрин тIварар икьван гагьди хъсандиз чириз хьанвач. И карни себеб авачиз туш. Сад лагьайди, чкайрин...