Uydurmadır, yoxsa həqiqət?

  • Yaqub Babayev
  • 31.07.2025

   Rayonumuzun ağsaqqallarından eşitdiyimə görə, Böyük Vətən müharibəsinin qızğın çağında məşhur təyyarəçi, üç dəfə Sovet İttifaqı Qəhrəmanı Aleksandr Pokrışkin bir neçə təyyarəçi dostuyla Qusarda olub. Bu uydurmadır, yoxsa həqiqət?
   Məşhur qəhrəmanın Qusarda olması həqiqətdir. 1942-ci ilin əvvəlləri Böyük Vətən müharibəsinin ən ağır dövrü idi. Almanlar artıq Mozdoku ələ keçirmişdilər. O vaxt Qusar şəhərinin küçələrində ağır yaralıları daşıyan maşınlara tez-tez rast gəlmək olurdu. Onları Bakının xəstəxanalarına aparırdılar.
   Həmin günlərdə Qusar hərbi şəhərciyinə cəbhədən bir qrup təyyarəçi gəlmişdi. Bu igidləri “Stalinin şahinləri” adlandırırdılar. Cəbhədə vəziyyətin ağır olmasına baxmayraq, Stalinin əmri ilə onları bir müddət istirahət etmək üçün Mahaçqalaya göndərmişdilər. Burada bir neçə gün dincələndən sonra təyyarəçilər qədim Dərbənd şəhəri ilə tanış olmağı qərara alırlar. Dərbənddən o qədər də uzaq olmayan Qusar şəhərində vaxtilə məşhur rus şairi Mixail Yuryeviç Lermontovun yaşadığını biləndə buraya gəlib hərbi hissədə yerləşirlər.
   Qusarda bir neçə gün dincələn təyyarəçilər bir soyuq qış günündə qarlı və dumanlı havada bir vaxtlar dekabrist Bestujev-Marlinskinin olduğu Quba şəhərinə getməyi qərara alırlar.
   Qusardan bir neçə kilometr aralananda, Qubaya çatmağa az qalmış onların maşını sürüşüb yoldan çıxır və bir neçə metr hündürlükdən dərəyə yuvarlanır.
   Bu avtomobil qəzası nəticəsində iki təyyarəçi həlak olur, qalanları yaraları sağalanandan sonra cəbhəyə qaydırlar.
   Qeyd etdiyimiz hadisə haqqında əfsanəvi təyyarəçi Aleksandr Pokrışkinin müharibədən sonra qələmə aldığı “Müharibənin səması” kitabında da yazılıb. O, Quba şəhərinə çatmamış baş vermiş avtomobil qazasından ətraflı söhbət açıb.
 

Популяр макъалаяр

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023