Şamilin Baryatinski ilə görüşü

  • Rəşid bəy İsmayılov. Azərbaycan tarixi. Bakı, 1993. səh 123-124
  • 28.04.2023

Ləzgilərin daimi hücum və təcavüzünü dəf üçün Baryatinski Dağıstanda çox qalalar və qaravulxanalar bina etmişdir. Axirüləmr ruslar ləzgiləri hər tərəfdən sıxıb, Qunib qalasında motəhəssən olmağa məcbur etdilər və sonra qalanı bürüdülər. Qunib qalası uca bir dağın başında yapılmış və fəth olunmayan bir qala idi. Ruslar qalanı uzun bir müddət mühasirə edib, Şeyx Şamili təslim olmağa məcbur etdilər. Bu işdə pek çox paralar Şeyxin adamlarına verilmişdir.

Şeyx balaca bir ormanda Baryatinski ilə görüşüb, çarnaçar Rusiyaya beyət etdi. Baryatinski daşın üzərində oturub, Şeyxi gözləyirdi. Şeyx at üzərində ormana tərəf gəlib, Baryatinski oturduğu daşa otuz qədəm nöqtədə atdan düşdü. Hüzn və kədərinin şiddətindən özünü, sözünü itirmiş, qəm və qüssə dəryasına müstəğrəq, sağ əli kəmərində, sol əlilə qılıncını tutaraq, kəsrəti-hirs və qeyrətdən başını aşağı salıb hüzn içində bir vüqar və əzəmətlə, dodaqlarının ucu ilə yavaşca söyləyə-söyləyə, Baryatinskiyə yaxınlaşdı. Baryatinski ayağa durub, Şeyxə tərəf getdi. Baryatinskinin nitqinə cavabən Şeyx aşağıdakı sözləri söyləmişdir: “Mən otuz il islamiyyət və istiqlaliyyət yolunda istiqamətlə müharibə edən adi bir əsgərəm, indi mənim mürşidlərim mənimlə qəddaranə və xainanə müamilə edib, məndən üz döndərmişlər. Naiblərim dəxi müharibə meydanını xainanə surətdə tərk edib, qaçdılar. Sizə qarşı etdiyim müqavimət, heç bir tərəfdən kömək olmadığı halda, kendimi dəxi çarəsiz buraxdı”.

Baryatinski Şeyxi və ailəsini ehtiramla Petroqrada göndərmişdi.

İkinci Aleksandr Şeyxi kamalı-nəvazişlə qəbul etmişdi. Petroqraddan Şeyxi Kaluqa şəhərinə göndərmişdilər. Burada bir müddət qalıb, Şeyx Kiyevə köçdü və bir sənədən sonra Məkkəyə getməyə icazə aldı. 1871-ci sənədə Şeyx Mədinədə vəfat etdi.

Популяр макъалаяр

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023

Ви руьгь шад хьурай, Вадим!

  • Седакъет Керимова
  • 27.03.2023

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023