Çempion

  • Мурад Фетиев
  • 01.08.2023

Bəxtiyar Ərzimanov Qusar şəhər 3 saylı tam orta məktəbin məzunudur. Məktəb illərində cüdo ilə məşğul olub. Hərbi xidmətdən sonra Qusarda Kamran Qəribovun rəhbərliyi altında taekvondo ilə də məşğul olmağa başlayıb.

B.Ərzimanov 2008-ci ildə universal döyüş üzrə beynəlxalq turnirin mükafatçısı kimi böyük idmanda ilk sözünü deyib. 2009-cu il idmançı üçün olduqca uğurlu olub. O, universal döyüş üzrə beynəlxalq turnirin çempionu olub. Həmin il universal döyüş üzrə Avropa çempionatının qızıl medalını da qazanıb. 2009-cu ildə Bəxtiyar pankration üzrə də dünya kubokunun qalibi olub. O, 2010-cu ildə pankration üzrə respublika çempionu titulunu qazanıb və o vaxtdan peşəkar idmandadır. Cəmi 4 dəfə məğlubiyyətə uğrayan qusarlı idmançı və 12 qələbənin və peşəkar rekordların sahibidir. O, həmçinin ciu-citsu üzrə beynəlxalq turnirlərin də iştirakçısıdır.

Популяр макъалаяр

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023

Ви руьгь шад хьурай, Вадим!

  • Седакъет Керимова
  • 27.03.2023

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023