Azərbaycan Silahlı Qüvvələrini Şair Ramaldanovsuz təsəvvür etmək çətindir. Ömrünü hərb sənətinə, respublikamızın dövlətçiliyinin və ərazi bütövlüyünün qorunmasına həsr edən bu insanın həyat və fəaliyyəti vətənə sədaqətin parlaq nümunəsidir. Onun haqqında deyirlər: xalqın generalıdır. Polkovnik Şair Ramaldanova bələd olanlar onun cəsur, ciddi, prinsipial, ədalətli, sözü üzə deyən insan olduğunu bilirlər. Dərin hərbi bilikləri ilə seçilən Ş.Ramaldanovun zəhmətkeşliyi də heç kəs üçün sirr deyil.
Uzun illər Azərbaycan Silahlı Qüvvələri hərbi Akademiyasının tədris şöbəsinin rəisi, Akademiya rəisinin müavini vəzifələrində çalışmış polkovnik Şair Ramaldanov maraqlı müsahibdir və üç dildə – azərbaycan, rus və ləzgi dillərində elə səlis danışır ki, sanki hərbçi yox, dilçidir.
Şair Ramaldanov 1957-ci ilin sentyabrın 5-də Xaçmaz rayonunun Xudat şəhərində anadan olub. Atası Ramaldan Qusarın Ləcət, anası Nuriyat Yeni Zeyxur kəndindəndir. Ramaldanovlar Qusarın Hil kəndinin qədim və tanınmış nəsillərindəndir. Kənddə bu nəslin çoxlu nümayəndələri yaşayır. İlk həyat dərslərini valideynlərindən alan Şair atasından təmkinlilik, ziyalılıq, anasından sadəlk və xeyirxahlıq öyrənib. Böyük Vətən müharibəsi mövzusunda çəkilmiş bədii filmlər, yazılmış kitablar bir çox gənclər kimi Şairin də formalaşmasında mühüm rol oynayıb, onda vətənpərvərik hissləri oyadıb.
Odur ki, Xudat şəhər orta məktəbinin səkkizinci sinfini bitirən yeniyetmənin Bakıda Cəmşid Naxçıvanski adına orta hərbi məktəbin açılması xəbərini eşidən kimi sənədlərini ora verməsi təəccüblü deyildi. Bu məktəb onun arzularının reallaşmasına yol açacaqdı. İntizamı, hərb sənətinə olan böyük marağı ilə seçilən gənc ilk gündən məktəbin müəllim heyətinin diqqətini cəlb edir.
1973-cü ildə Azərbaycanın rəhbəri Heydər Əliyev məktəbi ziyarət etdi. Həmin hadisəni pokovnik belə xatırlayır: “Heydər Əliyev özünün yaratdığı məktəbə gəlmişdi. O, raportu qəbul edib rəhbəriklə görüşəndən sonra şagirdlərə tərəf gəldi, ilk görüşünü bayraqdardan – yəni məndən başladı. Mənə yaxınlaşanda özümü təqdim etdim. O, mənim haralı olduğumu soruşdu, ailəmizlə, valideyrilərimlə maraqlandı. Sonra isə təbəssümlə mənə “General olmaq istəyirsən?” – sualını verdi. Mən “Bəli, olmaq istəyirəm”, – cavabını verəndə o, yanağımı nəvazişlə oxşayıb sağ əlini çiynimə qoydu.”
Həmin görüş Ş.Ramaldanovun gələcək taleyini müəyyənləşdirir. O, buranı başa vurub hərbi təhsilini Bakı Ali Ümumqoşun Komandirləri məktəbində davam etdirir. Oranı fərqlənmə diplomu ilə bitirən Şair hərbi qulluğunu Almaniyada keçir.
1988-ci ildə o, Moskvadakı Frunze adına Hərbi Akademiyaya daxil olur. Oranı bitirib Azərbaycana qayıdan zabit ölkəmizdə baş verən bir sıra faciələrin şahidi olur. Dövlət səviyyəsində hərc-mərcliyin, səriştəsizliyi hökm sürməsi Milli Orduya da öz mənfi təsirini göstərmişdi. Çoxları kimi o da ökəni təhlükəli vəziyyətdən xilas edə biləcək bir şəxsin – Heydər Əliyevin qayıdışına ümid bağlamışdı. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə xalqın itirilmiş inamı da qayıdır.
Qarabağda gedən döyüşlər, ölkədə cərəyan edən hadisələr, ümidsızik və qeyri-müəyyənlik şəraitində də öz vətəndaş borcunu şərəflə yerinə yetirənlər, respubliкаnın müstəqilliyinin qorunması üçün canından keçməyə hazır olanlar var idi. Onlardan biri – Qarabağ müharibəsi salnaməsinə qələbə müjdəli səhifələr yazmış Şair Ramaldanov idi. Füzuli rayonunun yaşayış məntəqələrinin bir hissəsinin düşmən tapdağından azad olunması onun adı ilə bağlıdır.
O günləri Şair müəllim belə xatırlayır: “1993-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cəbhədə ağır vəziyyətlə əlaqədar xalqa müraciət etdi. O zaman mən təlim mərkəzində cəbhəyə ehtiyat taborlarının hazırlığı ilə məşğul idim və bu müraciətin heyətin döyüş əzmini necə qaldırdığının şahidi oldum. Noyabrın əvvəllərində mən döyüş bölgəsinə yola düşdüm”.
Bu, fərariliyin geniş yayıldığı dövr idi. Əsgər və zabitlərin döyüş əzmini və inamını artırmaq, onlarda vətənpərvərik ruhunu möhkəmlətmək üçün böyük səy tələb olunurdu. Briqada komandiri Ş.Ramaldanov məhz bundan başladı. O vaxt cəbhəyə könüllü gedən əsgərlərin dilinə düşmüş “Mən şəhid olmağa gedirəm!” çağırışının “Mən qalib olmağa gedirəm!” çağırışı ilə əvəz olunması, onlarda öz komandirlərinə və qələbə qazanacaqlarına inam yaratmaq istiqamətində ciddi təbliğat işinə başladı.
Müsahibim söhbətinə davam edir:
“1993-cü ilin dekabr ayının 23-ü idi. Məlumat gəldi ki, Ali Baş Komandan ehtiyat hərbi hissələrin döyüş hazırlığına baxmaq üçün bizim hərbi hissəyə gələcək. Mən prezidenti qarşıladım və təlimin gedişi barədə raport verdim. Təlimlərin gedişini izlədikdən sonra Ali Baş Komandan mənimlə maraqlandı. Biləndə ki, onun yaratdığı Cəmşid Naxçıvanski adına məktəbin ilk məzunlanndan biriyəm, mənə diqqətlə baxdı. iyirmi il əvvəl baxdığı kimi. Onun yaratdığı məktəbin müdavimi indi onun qarşısında peşəkar zabit kimi dayanmışdı. Sonra o, gözlənilmədən əsgərlərin yerləşdiyi çadırlara getmək (bu, proqramda nəzərdə tutulmamışdı) istədiyini bildirdi. Onların şəraiti və yeməkləri ilə tanış olandan sonra briqadanın şəxsi heyəti ilə görüşdü. Ali Baş Komandanı yola salanda o, mənə əlini uzadıb: “İnanıram ki, siz yaxşı komandir olacaqsınız”, – deyərək öz təşəkkürünü bildirdi.
Bu görüş briqadanın şəxsi heyətini ruhlandırdı. Yanvarın 5-də biz hücum əməliyyatına başladıq. Düşmən belə qeyri-standart əməliyyatı və döyüş əzmini gözləmirdi, ona görə də geri çəkilməyə, sonra isə qaçmağa başladı. Nəticədə briqada 30 kilometr irəlilədi və qonşu hərbi hissələrlə birikdə 22 kəndi və o cümlədən Horadiz qəsəbəsini azad etdi. Döyüşün üçüncü gününün sonunda Ali Baş Komandan mənimlə telefon əlaqəsi saxladı. Mən özümü “PöIkovnik- leytenant Ramaldanov” kimi təqdim etdikdə o, “Siz artıq pokovnksiniz”, – dedi.
Ağır döyüşlər gedirdi. Düşmən nəyin bahasına olursa-olsun Füzuli istiqamətində uğurlarımıza kölgə salıb azad olunmuş torpaqları əlimizdən almaq, Azərbaycan ordusunun zəifliyini göstərmək istəyirdi. Bunun üçün çoxsaylı ehtiyat hissələrini yerləşdirərək Füzuli-Beyləqan istiqamətində əks hücuma hazırlaşırdı. Düşmən nisbi gücünün qat-qat çox olduğunu gizlətmirdi. Təhlükəli vəziyyət yaranmışdı. Dəqiq kəşfiyyat apararaq Müdafiə Nazirinə düşmənin toplanma rayonuna havadan zərbə endirməyin vacibliyini çatdırdım və Ali Baş Komandana müraciət etmək üçün icazə istədim. Səhər deyilən əraziyə zərbə endirildi. Nəticədə düşmən 500-ə yaxın canlı qüvvə itirərək qaçmağa üz tutdu. Ali Baş Komandan öz uzaqgörənliyi və düzgün qərarlar qəbul etmək bacarığı sayəsinidə düşməni həmin istiqamətdə irimiqyaslı işğal əməliyyatından əl çəkməyə məcbur etdi. Bu qərar olmasaydı, Azərbaycan ordusu çoxsaylı itkilər verəcəkdi. Bu istiqamətdə düşmən tərəfində olan itkilər onu atəşkəsə getməyə məcbur etdi. Bizim briqadanın sağ cinahında pokovnik-leytenant (indi general-leytenant, Azərbaycanın Milli Qəhrəmanı) Rövşən Əkbərovun komandanlıq etdiyi hərbi hissə də qəhrəmanlıqla döyüşürdü. Beləliklə, Birinci Qarabağ savaşı Cəmşid Naxçıvanski adına hərbi məktəb məzunlarının düşməni sarsıdan döyüşləri nəticəsində dayandı”.
Bütün bunlar barədə 2004-cü ildə çapdan çıxmış “Yolumuz heydər Əliyev yoludur” adlı naxçıvanskilərin xatirə kitabında geniş məlumat verilir.
Füzuli bölgəsindəki döyüşlərdə göstərdiyi qətiyyətə və rəşadətə görə Şair Ramaldanov Prezidentin fərmanı ilə “Azərbaycan Bayrağı” Ordeninə layiq görülür. 1994-cu ilin oktyabr, daha sonra isə 1995-ci ilin oktyabr hadisələrində xüsusi xidmətlərinə görə o, ikinci dəfə “Azərbaycan Bayrağı” Ordeni ilə təltif olunur.
1994-cu ilin may ayının 12-də atəşkəs elan edilənə kimi cəbhə xəttində olan briqada komandiri Şair Ramaldanov atəşkəsdən sonra korpus komandiri vəzifəsinə təyin olunur. Bir müddət Müdafiə Nazirliyində məsul vəzifədə çalışdıqdan sonra Hərbi Akademiya rəisinin müavini və tədris işləri üzrə müavin kimi fəaliyyətini davam etdirir.
Azərbaycan Milli Ordusunun əsgər və zabitlərinin dünya standartlarına uyğun nəzəri biliklərə yiyələnmələri üçün ən çox zəhmət çəkənlərdən biri də Şair Ramaldanov olub. O, hərbi hissələr üçün ən çox dərs vəsaiti yazmış müəllifdir. Hərbi biliklərin tədrisinə həsr olunmuş bu toplular öz peşəkarlıq səviyyəsi ilə seçilir. Onun kitablarından və metodik vəsaitlərindən, ümumiyyətlə 10 dərsliyindən Silahlı Qüvvələrin hərbi hissələrində və bütün güc nazirliklərinin hərbi hissə və tədris müəssisələrində geniş istifadə olunur. Əsgərlərdən tutmuş Hərbi Akademiyanın müəllimlərinə kimi hamı həmin tədris vəsaitlərindən bəhrələnir. Bu dərsliklərə Türkiyə hərbi məktəb və akademiyalarının kitabxanalarında rast gəlmək olar.
Azərbaycan Milli Ordusunun bir çox zabitləri pokovnk Şair Ramaldanovu özlərinin müəllimi hesab edirlər. Yetirmələri xidmət pillələri ilə irəlilədikcə, hərbi rütbələri yüksəldikcə onun fərəhi artır.
– Şair müəllim, sizin haqqınızda söhbət gedəndə çoxu rəğbətlə “əsl ləzgidir” epitetini əlavə edir. Bu sözləri necə mənalandınrsınız?
– Yəqin ki, sözü üzə deməyim, sözümün ağası olmağım məni tanıyanlarda bu fikri formalaşdırıb. Bu, tək mənə yox, ləzgi xalqının əksər nümayəndələrinə xas cəhətdir. Yeri gəlmişkən, bizim bir fərqli cəhətimiz də var: bü, zəhmətkeşlikdir. Harada çalışmağımızdan asılı olmayaraq həmişə səylə, fədakarlıqla işləyirik.
– Sizin haqqınızda xeyirxah və təmənnasız adam imici də yaranıb.
– Bunun üçün mən ilk növbədə atam Ramaldana borcluyam. Sizə bir hadisə danışım. Neçə illər bundan əvvəl Xudata, valideynlərimə baş çəkməyə getmişdim. Gecə evə gec çatdığımdan səhər doyunca yatacağımı düşünürdüm. Ancaq səhər atam məni yuxudan oyadıb, dedi ki, səni görmək istəyən var. Belə görüşlərə adət etdiyimdən heç nə deməyib həyətə düşdüm. Küçədən keçən naxırı görəndə saat 7 olduğunu düşünüb zarafatla:
– Bakıda heç olmasa iş vaxtından əvvəl adamı narahat etmirlər,– dedim və həmyerlimin xahişini dinlədim.
O, çıxıb gedəndən sonra atam mənə irad tutdu:
– Gərək elə deməyəydin.
Mənim tutulduğumu görəndə o, əlavə etdi:
– Sən o cür sadə adamların sayəsində bu dərəcəyə çatmısan. Onlar kolxozda tər töküb işləyənda sən Bakıda rahat, təmiz otaqlarda oturub dərs oxumusan, heç vaxt bunu yadından çıxarma. Kasıb, imkansız adamlardan köməyini əsirgəmə.
Bu sözlər mənə dərs oldu.
Ramaldanovları hərbçilər ailəsi kimi tanıyırlar. Şairin iki qardaşı və bir bacısı da Azərbaycan Ordusunda xidmət edir. İlhamla Elman böyük qardaşları kimi Qarabağ müharibəsinin od-alovundan кеçib. İlham briqada komandiri olub, polkovnik-leytenantdır. Elman isə polkovnik rütbəsinə briqada komandiri vəzifəsində layiq görülüb. Şairin oğlu Şıxbala da Ali hərbi Məktəbi bitirib. Hazırda mayor rütbəsində prezidentin təhlükəsizlik xidmətində xidmət edir.
İkinci Qarabağ döyüşlərində Ramaldanovlardan 6 nəfər zabit kimi iştirak edib. Onlardan polkovnik Elman Ramaldanovun oğlu baş leytenant Əmirbəy Ramaldanov göstərdiyi igidliyə görə “Azərbaycan Bayrağı” ordeninə və 4 döyüş medalına layiq görülüb.
Şair müəllim İkinci Qarabağ müharibəsində şəhid olmuş bacısı oğlu, polkovnik-leytenant Babək Ramaldanovun qəhrəmanlıqlarından qürurla söz açdı. Sonra qeyd etdi ki, bu müharibə iki ləzgi generalını yetişdirdi. Onlardan biri general-leytenant Yaşar Aydəmirov, o biri isə general-mayor Qazıbəy Qurbanovdur.
Söhbətimizin sonunda o, əlavə etdi:
– Bu günün Azərbaycan əsgəri yüksək hərbi təlim görmüş, gələcəyə inamı olan, xalqının və ölkəsinin yolunda canından keçməyə hazır vətənpərvərdir. Belə əsgərlərlə Qarabağı azad etməyə qadir olduğumuza heç kəs şübhə etməməlidir.