Festivaldan xatirə

  • Седакъет Керимова
  • 14.06.2023

II Türk Dünyası Ədəbiyyat və Sənət Festivalında Sədaqət Kərimovanın "Soyuq günəş" və "Leylək adası", Müzəffər Məlikməmmədovun "Hacı Davud" kitabları oxucuların diqqətini cəlb etmiş, müəlliflər öz fəal oxucuları ilə birbaşa təmasda olmuşlar. Burada onlar "Samur" qəzetinin əməkdaşları ilə birgə öz həmyerliləri, Bakıdakı Nərmin Yayın Evininin rəhbəri Məlahət Həsənova ilə də yaxından tanış olmuşlar. Nərmin Bakı Dövlət Universitetin kitabxanaçılıq fakültəsinin 4 cü kursunda oxuyarkən leykoz xəstəliyindən vəfat edəndə valideynləri onun adını yaşatmaqdan ötrü kitab yayın evi təsis etmişlər. Artıq 8 ildən çoxdur ki, Nərmin Yayın Evi fəaliyyətdədir. Məlahət Həsənona qızının unudulmaz xatirəsinə "Leykoz" (bir ananın fəryadı )adlı kitab həsr etmişdir. Sərgidə həmin kitab da nümayış etdirilirdi.

Популяр макъалаяр

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023

Ви руьгь шад хьурай, Вадим!

  • Седакъет Керимова
  • 27.03.2023

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023