«Gatfarfilm» studiyasının sayca üçüncü olan yeni bədii filmi üzərində işlər yekunlaşmaq üzrədir. Yaradıcı heyət onu bu ilin mart ayında tamaşaçılara təqdim etməyi planlaşdırır.
Təsirli süjet xətti, gərgin dramatik səhnələri, yaddaqalan musiqisi və gözəl aktyor oyunu ilə səciyyələnən bu iki saatlıq film insan mənəviyyatı haqqında çəkilmiş fərqli ekran əsəridir.
Tamaşaçıları müasir dövrün bəzi sosial bəlaları ilə yaxından tanış edəcək «Səssiz haray» həm yaşlılar, həm də cavanlar üçün eyni dərəcədə maraqlı olacaq.
Filmdə Azərbaycanın tanınmış aktyorları və istedadlı yeniyetmələr çəkilmişlər.
«Səssiz haray» Sədaqət Kərimovanın müəllif filmidir. Ssenarisi, rejissurası və musiqisi ona məxsus olan bu ekran əsərinə həyat vermək üçün o, əlindən gələni etmişdir.